ECOSS (AUDİT, HACCP)

Hörmətli Sahibkarlar!

ECOSS (mühəndislik, məsləhətçilik optimallaşdırma, həllər və servis) proyekti xərclərinizi idarə edərək minimallaşdıracaqdır.

İstehsal sahəsində xərclərinizin idarə edilməsi bilirsiz nə qədər vacibdir? İllik xərclərinizi 50% dan daha çox azaltmaq istəyirsinizmi? Sıxılmış havanın itkiləri nəticəsində ziyanınızın məbləği neçə min manatdır? Avadanlıqlarınızın tez-tez sıradan çıxması neçə min manat əlavə xərc yaradır? Kompressorların texnoloji prosesə uyğun seçilməməsi nəticəsində Siz neçə min manat ziyandasınız? Bir elektrik mühərriki 1 saatda normadan artıq təkrar işə düşərsə nəticədə bilirsiz Sizə neçə min manat maddi ziyan dəyir? Sıxılmış havanın keyfiyyətinə nəzarət edən xətt filterləri hansı vəziyyətdədir? Filterlərin dəyişdirildiyinə əminsiniz? Əgər dəyişdirilməyibsə o zaman ziyanlarınızdan xəbəriniz varmı? Xüsusi ilə qida istehsalında ciddi rolu olan HACCP (Hazard Analysis and Critical Control Points) nəzəriyyəsinə uyğun, riskli kritik amillərə və ya nöqtələrə nəzarətin təşkil edilməsi bilirsiz nə qədər vacibdir? Konveyr və avadanlıqların qüsursuz, xərcsiz davamlı işləməsini istəyirsiniz? Borularda hava axınının sürəti normadan artıq olarsa və ya boruların diametri doğru seçilməyibsə xərclərinizin neçə faiz artdığını nəzərə alırsınız? Və sair onlarla vacib suallar vardır. Təcrübəmiz göstərir ki, texniki audit keçirilməyən istənilən istehsalat müəssisəsində ciddi məbləğdə əlavə xərclər vardır. Hətta bəzən bu xərclər normadan iki dəfə artıqdır. Bu da məhsulun və ya nəticənin maya dəyərini ciddi və əsassız şəkildə artırır və təbii ki, rəqabətdə də uduzursuz.

İddialarımızı sübut etmək üçün bizə 10 dəqiqə kifayətdir. Biz, problemlərin araşdırılmasını  4 istiqamətdə aparırıq.

1) Sıxılmış hava itkilərinin aşkarlanması (ana borularda, yardımçı və əlavə budaq çıxışlı borularda, qurğuların giriş və çıxışlarında, filtrlərin giriş və çıxışlarında, Oksigen, Azot, Arqon və s. generatorların giriş və çıxışlarında, klapanların bağlantılarında, konveyerlərin girişlərində və proses borularında, pnevmatik hərəkət borularında, pnevmatik şkaflarda və pnevmatik aksessuarlarda və s. onlarla müxtəlif avadanlıqlarda, yüzlərlə müxtəlif birləşmələr və hissələrdə).

2) Kompressorlar, quruducular və s. hava xəttləri üzərində quraşdırılan elektrik mühərrikli qurğu və avadanlıqlarda qeyd edilən statistikalarının təyini və hesablanması (Nominal cərəyan Amper, Gərginlik Voltaj, Effektiv Güc KVt/KW, Aktiv Enerji KW/saat, Faktiki və ya maksimal güc KVA, Reaktiv Enerji KVar, COS Phi, maksimum ekonomik aralığın təyin edilməsi).

3) Xətt üzərində olan bütün kobud, incə, mineral, quruducu, steril, separator və s. filtrlərin, Konveyer və avadanlıqlarda pnevmatik sistemin vəziyyətlərinin və havanın keyfiyyətinin statistikasının təyini və təhlili, Hava borularının hesablanması və elektrik enerjisinə qənaətin təhlilləri, ISO 8573 standartına uyğun filtrləmə sisteminin struktur ardıcılığının təyini və təkmilləşdirmə təkliflərinin hazırlanması (sıxılmış havanın şeh nöqtəsi, temperaturu, rütubətin dərəcəsi, nəmin faizi, nəmin miqdarı g/m³, həcmi m³/saat, sürəti m/s, təzyiqi, sınağ müddətində sayğacdan keçən faktiki ümumi həcmi m³,   sıxılmış havada olan hissəciklərin miqdarının təyini 0.1-5 Um, yağ buxarının miqdarının təyini mg/m³ kimi vacib olan ölçülərin aparılması, filtrlərin uyğunluğu və faktiki vəziyyətinin yoxlanılması, boruların normaya uyğun hesablanmasi, hava sürətinə uygun boruların təyin edilməsi, əlavə hesablamaların aparılması: no contact (sıxılmış hava ilə qida məhsulu bir başa təmasda deyil), indirect contact (sıxılmış hava ilə qida məhsulu dolayı təmasdadır), direct contact (sıxılmış hava ilə qida məhsulu bir başa təmasdadır)).

4) İstənilən təmiz məkanda təbii sıxılmış havanın tərkibində 10 çirklənmə amili vardır və xüsusi ilə belə hava qida istehsalı üçün kritik risklidir.  Belə sıxılmış havanın təmizlənməsi üçün  6  növdən ibarət filtrləmə dəsti tələb edilir. HACCP nəzəriyyəsinə uyğun Kritik Riskli nöqtələrin təhlili və təyin edilməsi xidməti ((1) mikroorqonizmlər (microorganisms) Coalescing Filters / Dry Particulate Filter / Sterile Filters(2) su hissəcikləri və buxarları (water vapour) Dryer(3) atmosfer hissəcikləri, toz və s. (atmospheric particulates)  Coalescing Filters / Dry Particulate Filter(4) havada olan yağ buxarı (oil vapour) Adsorption Filter(5) aerozol halında olan su (water aerosols) Coalescing Filters(6) kondensə edilmiş maye su (condensed liquid water) Water Separator(7) maye halında olan yağ (liquid oil) Water Separator(8) yağ aerazolları (oil aerosols) Coalescing Filters(9) hava çənindən və borulardan ayrılan pas (rust) Coalescing Filters / Dry Particulate Filter(10) plastik borular daxil olmaqla kirəc və ya ərp hissəcikləri (pipescale) Coalescing Filters.

P.S. Xidmətlərimiz növbəli şəkildə planlaşdırılır və zaman-zaman müxtəlif qiymət kampaniyaları xaric olmaqla ödənişsiz və ödənişli hissələrdən ibarətdir.Son nəticədə bildirmək istərdik ki, istehsal sahəsinin texniki yoxlanılması inanılmaz maddi qənaətlə nəticələnəcək. Hər keçən gününüzün maddi qənaətsiz olması xərclərinizin kəskin artması deməkdir. Kompaniyalı təkliflərimizi vaxtında dəyərləndirin. Fleetstock şirkəti bütün sahələrində ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemləri, ISO 14001:2015 Ekologiya İdarəetmə Sistemləri və ISO 45001:2018 Peşə Sağlamlığı və Təhlükəsizlik İdarəetmə Sistemləri üzrə sertifikatla-ra malikdir və bütün görülən işlər ISO standartlarına uyğun həyata keçirilir.