
FLEETSTOCK MMC – Sənayenin Etibarlı Həll Tərəfdaşı
FLEETSTOCK MMC sənaye müəssisələrinin etibarlı və fasiləsiz fəaliyyətini təmin edən mühəndislik həlləri, avadanlıqlar və ehtiyat hissələrinin təchizatı sahəsində fəaliyyət göstərir. Şirkətimiz müştərilərinə yüksək keyfiyyətli məhsullar, peşəkar texniki məsləhət və operativ xidmət təqdim etməyi əsas prinsip kimi qəbul edir.
İstehsal proseslərində avadanlıqların uzunömürlü və etibarlı işləməsi üçün düzgün filtrasiya sistemi mühüm əhəmiyyət daşıyır. FLEETSTOCK MMC müxtəlif sənaye sahələri üçün yüksək keyfiyyətli filtrasiya məhsulları təqdim edir.
Yağ filtrləri
Mühərrik və hidravlik sistem yağlarını metal hissəcinlərdən, çirk və digər çirkləndiricilərdən təmizləyərək avadanlığın aşınmasını azaldır, yağın xidmət müddətini uzadır və sistemin etibarlı işləməsini təmin edir.
Yanacaq filtrləri
Yanacağın tərkibində olan toz, pas, su və digər çirkləndiriciləri saxlayaraq yanacaq sistemini və injektorları qoruyur, mühərrikin səmərəliliyini və yanacaq sərfiyyatını optimallaşdırır.
Hava filtrləri
Mühərrikə və kompressora daxil olan havanı toz və digər hissəciklərdən təmizləyir, yanma prosesini yaxşılaşdırır, avadanlığın gücünü və istismar müddətini artırır.
Hidravlik filtrlər
Hidravlik yağın təmizliyini qoruyaraq nasosları, klapanları və digər həssas komponentləri aşınmadan müdafiə edir, hidravlik sistemin etibarlılığını və məhsuldarlığını yüksəldir.
Niyə FLEETSTOCK MMC?
Yüksək keyfiyyətli və etibarlı məhsullar;
Müxtəlif sənaye sahələri üçün geniş filtr çeşidi;
Peşəkar texniki dəstək və düzgün məhsul seçimi;
Operativ təchizat və etibarlı əməkdaşlıq.
Avadanlığınızın etibarlı işləməsi düzgün filtr seçimi ilə başlayır. FLEETSTOCK MMC olaraq müəssisəniz üçün ən uyğun filtrasiya həllərini təqdim etməyə hazırıq. Veb səhifəmizdə min çeşiddən çox olmaqla minlərlə ədəd xüsusi endirimə düşən filtrlərimizdən yararlanın.
Təmsil etdiyimiz brendlər: Baldwin Filters, Parker, Sakura, Mann Filter, Fleetguard, Fil Filter, Filtrec, Hifi Filter, Domnick Hunter, Racor, Twin Filter, Velcon, Peco, Purolator və sair.
FLEETSTOCK MMC – Sənayedə etibarlı tərəfdaşınız.
Bizimlə əlaqə
Mob: (+994 77) 311 56 66
Tel: (+994 12) 347 93 06
E-mail: info@fleetstock.az
Web: www.fleetstock.az